Təyyarədə ən az dinamik yükə məruz qalan yerlərdə oturan insanın qəza baş verəcəyi təqdirdə sağ qalma şansı çoxdur.
Bu barədə rusiyalı aviasiya mühəndisi, konstruktor Viktor Pryadka danışıb.
Mütəxəssis təyyarə salonunun quyruq hissəsində yerləşən oturacaqlar üçün aviabilet almağı tövsiyə edir. Onun sözlərinə görə, qəzalı eniş zamanı və ya uçuşda fövqəladə vəziyyət yaranarsa, təyyarənin məhz bu hissəsi ən az dinamik yükə məruz qalır.
Mühəndis qeyd edib ki, təyyarə ensiz gövdəyə malikdirsə, quyruq hissəsi uçuşlar üçün ən təhlükəsiz yer sayılır.
“Şərti olaraq hesab etmək olar ki, dar gövdəli təyyarənin quyruğunda oturmaq daha təhlükəsizdir. Orada sonuncu sırada oturacaqların düzülüşü 3+3, ya 3+2, yaxud da 2+2-dir”, – deyə mütəxəssis bildirib.
Ancaq o, bu şansın enli gövdəli təyyarələrə aid olmadığını vurğulayıb. O, 3+4+3 oturacaq quraşdırılan füzelyajın diametrinin daha böyük olduğu üçün strukturunun daha tez dağıla biləcəyini deyib.
“Buna görə də belə təyyarədə fəlakət zamanı sağ qalma ehtimalı azalır”, – deyə Pryadka sözlərini yekunlaşdırıb.
Mənbə: mir24.tv