Taksi xidmətinin bahalaşmasının səbəbi nədir?

Taksi xidmətinin bahalaşmasının səbəbi nədir?

Son günlər taksi xidmətinin qiymətləri artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu həm sürücülər, həm də sərnişinlər təsdiq ediblər.

Qiymət artımına səbəb kimi isə “Formula-1” yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması göstərilir.

Vətandaşlar bildiriblər ki, qiymət artımı hər taksi şirkətlərində fərqlidir. Ümumi artım 40 faizə qədərdir.

Taksi sürücüləri isə qiymət artımının başqa səbəblərinin də olduğunu bildirirlər.

Hətta qiymət bahalığına görə bəzi sürücülər həmin istiqamətə müştəri olanda imtina etdiklərini də deyirlər.

Taksi qiymətlərinin necə tənzimlənməsi ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir:

“Daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Taksi xidməti sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üçün mərhələli şəkildə müvafiq işlərin görülməsi nəzərdə tutulur”.

Daha ətraflı süjetdə:

Share: