Hollivud rejissoru Kventin Tarantino yeni və ehtimal ki, son filminin ssenarisi üzərində işini başa çatdırıb.
Məlumata görə, ssenari “Kino tənqidçisi” (“The Movie Critic”) adlanır və 1970-ci illərin sonunda Los-Ancelesdə baş verən hadisələr təsvir edilir.
Qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu kino tənqidçilərindən biri Polin Keylə həsr oluna bilər.
İnsayderlərin məlumatına görə, çəkilişlərə bu ilin payızında başlanması planlaşdırılır, lakin indiyədək Tarantino heç bir kinostudiya ilə müqavilə imzalamayıb.
Mənbə: “The Hollywood Reporter”