İsveçrəli tennisçi Rocer Federer və ispaniyalı Rafael Nadal Laver Kuboku matçında amerikalılar Cek Sok və Frensis Tiafoya məğlub olublar.
Londonda baş tutan görüş 4:6, 7:6 (7:2), 11:9 hesabı ilə Sok və Tiafonun xeyrinə başa çatıb.
Bundan əvvəl Federer bu görüşün onun karyerasında final olacağını açıqlamışdı.
Qeyd edək ki, 41 yaşlı Federer karyerasında 20 “Böyük Dəbilqə” qazanıb. Ümumilikdə o, Peşəkar Tennis Assosiasiyasının (ATP) himayəsi altında keçirilən turnirlərdə 103 titul, o cümlədən ATP Final Turnirində altı qələbə qazanıb. Federer 237 həftə ardıcıl olaraq dünya reytinqinin zirvəsində olub.
Yeri gəlmişkən, onu da bildiriək ki, Federer və Nadal Kontinental Hokkey Liqasının (KHL) 2021/22-ci il mövsümündə oyunçular arasında keçirilən sorğusunda hokkeyçilərin digər idman növlərində ən sevimli idmançıları siyahısında müvafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıblar.
Mənbə: TASS