Tokayev Təhlükəsizlik Şurasını toplayır

Tokayev Təhlükəsizlik Şurasını toplayır

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bazar günü Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək və burada Rusiyadakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini dinləyəcək.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Sabah səhər prezident Qasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək. Dövlət başçısı baş nazirin, hüquq-mühafizə orqanları rəhbərlərinin Rusiyada yaranmış vəziyyətlə əlaqədar onun tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən tədbirlərlə bağlı məruzələrini dinləyəcək”, – məlumatda deyilir.

Mətbuat xidmətində qeyd olunduğu kimi, “qonşu dövlətdəki vəziyyətin Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinə və ölkənin iqtisadiyyatına təsirinin mümkün mənfi nəticələrinin zərərsizləşdirilməsi üzrə operativ tədbirlər planının qəbulu gözlənilir”.

Mənbə: TASS

Share: