Tort almağa gedən iş adamının evi külə döndü: Tovuzdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Tort almağa gedən iş adamının evi külə döndü: Tovuzdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda iki evin yanmasının təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonunun Qovlar şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən sahibkar Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı evin həyətində olan mikroavtobus və iki avtomobil də yanıb.

Həyat yoldaşının ad günü münasibətilə tort almağa gedən iş adamı geri qayıdanda evində yanğının baş verdiyinin şahidi olub.

Yanğının miqyası ümumilikdə 400 kvadratmetr sahəni əhatə edib. Daha sonra alov qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.

Bundan əlavə, digər qonşuların da pəncərələri sınıb. Hadisə yerinə dərhal Qovlar şəhər və Tovuz yanğınsöndürmə bölmələrinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

14:56

Tovuzda iki ev yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qovlar qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Yanğın daha sonra yaxınlıqdakı evə keçib. Hadisə nəticəsində evin qarşısında olan iki avtomobil də yanıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) altı yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

Share: