Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Aİ-nin monitorinq missiyasının Laçın yoluna səfər etməsi ilə bağlı dərc olunan məlumatlara münasibət bildirib.
O, bu barədə “Twitter” hesabında paylaşım edib.
Klaarın sözlərinə görə, geniş yayılan videoda patrulun Ermənistan-Azərbaycan sərhədindən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində olduğu an lentə alınıb.
“Aİ-nin patrulu öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və dəhlizə daxil olmayıb”, – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı Aİ-nin monitorinq missiyasının nümayəndələrinin müşahidə məqsədi ilə Laçın yoluna gəldiyi barədə saxta xəbərlər yayıb.
There’s a video circulating about an EUMCAP patrol observing the road leading to the Lachin Corridor. The patrol was then at a checkpoint about 1,2km from the ??-??border. EUMCAP, in line with its mandate, operates exclusively on ?? territory and did not enter the Corridor.
— Toivo Klaar (@ToivoKlaar) December 16, 2022