Turistlər üçün dəhşət dolu anlar: Qəzəbli begemotdan canlarını son anda xilas etdilər

Turistlər üçün dəhşət dolu anlar: Qəzəbli begemotdan canlarını son anda xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə qəzəbli begemotun turistlərə hücum anı ilə bağlı görüntülər yayılıb. Kadrlar Botsvanada qeydə alınıb.

Məlumata görə, ABŞ-dən gələn turistlər çayda dincələn heyvanın şəklini yaxından çəkmək istəyiblər. Bu isə heyvanı özündən çıxarıb və o, maşına hücum edib.

Dəhşət dolu anları maşında olan turistlərdən biri çəkib. Videoda qorxulu heyvanın nəhəng dişləri ilə maşının bir kənarından yapışması görünür. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, statistikaya görə, begemotlar insanlar üçün ən təhlükəli heyvanlar sırasındadır. Onlar hər il planetdə 500-ə yaxın insanı öldürürlər.

Mənbə: Kp.ru

Share: