Türkiyə istehsalı olan qumbaraatanlar Azərbaycan Ordusunun istifadəsinə verilə bilər

Türkiyə istehsalı olan qumbaraatanlar Azərbaycan Ordusunun istifadəsinə verilə bilər

Türkiyənin Müdafiə Sənayesi Nazirliyi təhlükəsizlik qüvvələrinin keçirdiyi tenderə qatılan Konyadakı silah şirkətinin istehsal etdiyi qumbaraatan Azərbaycan Ordusunun istifadəsinə verilə bilər.

Bu barədə Türkiyənin Beyşehir rayonunda fəaliyyət göstərən silah şirkətinin rəhbəri Səlim Akdaş bəyan edib.

Onun sözlərinə görə, sürətli və sabit nişan alması, təsirli məsafəsi, 5 000 atışlıq uzunömürlü lüləsi, daim gəzdirməyə uyğun yüngül və orijinal dizaynı ilə fərqlənən yerli qumbaraatanlara 20-dən çox ölkədən tələb var, ancaq prioritet Türkiyə Silahlı Qüvvələrindən sonra dost və qardaş ölkələrədir.

“Hazırda Azərbaycanla da danışıqlarımız gedir. Altı barabanlı model aşağı və orta sürətlə döyüş sursatları ata bilir, yəni 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, müzakirələr gedir”, – deyə o bildirib.

Mənbə: “Anadolu” Agentliyi

Share: