Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”

Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazıb.

“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün -red.) Qarsda olacaq”, – səfir sosial şəbəkə hesabında qeyd edib.

“Qardaş köməyi və “Türkiyə Əsri” Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadır. Var olun”, – diplomat əlavə edib.

 


Share: