Türkiyənin Qaziantep bölgəsində beş nəfərin ölümü, 17 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunur ki, qəza yük avtomobilinin əvvəl mikroavtobusa, ardınca minik avtomobilinə çırpılması nəticəsində baş verib.
Bildirilir ki, yaralılardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mənbə: İHA