Türkiyədə çağırışçıları aparan avtobus aşdı: bir nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyədə çağırışçıları aparan avtobus aşdı: bir nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyənin Afyonkarahisar bölgəsinin Sandıklı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Qəzaya səbəb avtobusun idarəetməni itirməsi olub. İlkin məlumata görə, bir nəfər ölüb, 30 nəfər yaralanıb.

Bildirilib ki, yaralıların əksəriyyəti Burdurdakı hərbi hissəyə aparılan hərbçi çağırışçılar olub. Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.

Mənbə: Haber Global

Share: