Türkiyədə “Maraş” dondurmasını satan şəxsin yeniyetmə ilə kobud rəftarı videonu izləyənlərin bir hissəsini güldürüb, digərlərinin isə hiddətinə səbəb olub.
Görüntüləri xarici turist sosial şəbəkələrdə paylaşıb.
O, dondurmanı əyləncəli formada satan şəxsin görüntülərini qeydə almaq istəyərkən kadra yeniyetmə oğlan daxil olub.
Buna etiraz edən satıcı isə yeniyetmənin baş nahiyəsinə güclü zərbə endirərək, kobud şəkildə onu kənara atıb.
Mənbə: Haber Global