Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfərə xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twiiter” hesabında yazıb.
Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.
YENİ BİLGİLER: Düzce Gölyaka merkezli, birçok ilimizde hissedilen 5,9 büyüklüğündeki depremde; Düzce’de 1’i ağır 32, İstanbul’da 1, Bolu’da 1, Zonguldak’ta 1 kişi olmak üzere şu anki bilgilere göre yaralı sayısı 35’tir. Sağlık kurumlarımızdaki yaralıların tedavileri devam ediyor.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) November 23, 2022
07:00
Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.
Bundan əvvəl maqnitudanın 6 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.
Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan itkisi ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:
“İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonguldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.
5.9 büyüklüğündeki #Deprem‘in merkezi olan Düzce Gölyaka ilçemizde yapılan tüm taramalarda can kaybı bilgisi yoktur.
AFAD, Jandarma ve Emniyet, tüm ekiplerimizin taramaları devam ediyor. https://t.co/dFoVwaOArZ
— Süleyman Soylu (@suleymansoylu) November 23, 2022