Türkiyənin Yalova şəhərində sexdə gecə gözətçisi işləyən İdris Fidanın başına qəribə hadisə gəlib. Belə ki, 32 yaşlı gənc iş yerində olanda tavanı deşən güllə onun baş dərisini sivirib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına əks olunub.
Videodan görünür ki, o, televizora baxarkən silah səsinə diksinir. Bu vaxt tavanını deşən güllə Fidanın baş dərisini sivirib keçərək oturacağın üstünə düşür.
Hadisə nəticəsində gözətçi yüngül sıyrıq xəsarəti alıb.
Polislər tapançadan atəş açan şəxsin kimliyini müəyyən etmək üçün istintaqa başlayıblar.
Mənbə: Haber Global