Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Hatay vilayətində görünüşü ilə diqqət çəkən su sünbülləri Asi çayının üzərini örtməyə davam edir.
Çayın üzərini sünbüllər bürüdüyündən su demək olar ki, görünməz olub.
Livandan başlayan və Suriya sərhədindən keçərək Türkiyəyə çatan Asi çayının Hatay hissəsində sünbüllər səbəbindən həm də təhlükəli vəziyyət yaranıb.
Belə ki, tərs axması ilə məşhur olan Asi çayını örtən su sünbülləri maraqlı görüntülər ortaya çıxarsa da, suyun oksigen və işıq almasına mane olduğu üçün balıqların, su canlılarının ölümünə səbəb olduqları bildirilir.
Hazırda Türkiyə Dövlət Su Təsərrüfatı İdarəsi tərəfindən çayda meliorasiya işləri aparılır.
Mənbə: İHA