Türk Silahlı Qüvvələrinin arsenalına daxil edilən ilk ULAQ SİDA (silahla təchiz edilmiş pilotsuz gəmi) yerli mühərriklərlə dəniz sınaqlarına başlayıb.
Məlumata görə, silahlı pilotsuz dəniz platformasının sınaqdan keçirildiyi ilk görüntülər Malayziyada keçirilən “Langkawi” Beynəlxalq Dəniz və Aviasiya Sərgisində yayımlanıb.
Sınaqların uğurlu olduğu vurğulanır.
ULAQ silahlı pilotsuz dəniz platformasında lazerlə idarə edilən uzunmənzilli tank əleyhinə L-UMTAS raket sistemi və lazer idarəetmə raketi CİRİT-lə təchiz olunmuş YALMAN Silah Qülləsi olacaq.
Dəniz platformasında 12,7 millimetrlik silah sistemindən də istifadə olunacağı gözlənilir.
ULAQ SİDA-nın ilk konfiqurasiyasının ilin son rübündə təhvil verilməsi gözlənilir.
Mənbə: Deniz Haber Ajansı