Şəkinin Babaratma kəndindən olan fermerlər bu il tütün sahələrində məhsuldarlığın aşağı düşdüyünü bildirirlər. Bunun səbəbini isə builki toxum növü ilə əlaqələndirirlər.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il tütün sahələrinin böyük hissəsində Virciniya tipli amerikan sortları, qalan hissəsində isə yerli sortlar əkilib.
“Dünya bazarında keyfiyyətli tütün məhsuluna olan tələbatı nəzərə alaraq son illərdə Virciniya tipli tütün sortlarının əkilməsinə maraq çoxalıb. Bu sortlarda isə məhsuldarlıq yerli sortlara nisbətən xeyli aşağı dərəcədədir”, – deyə məlumatda qeyd edilib.
Fermerlər onu da bildiriblər ki, ötən il Virciniya növ tütünün məhsuldar sortunu əldə etsələr də, bu il həmin sortun xaricdən Azərbaycana gəlməməsi səbəbindən bu hal yaşanıb.
Qeyd edək ki, təsərrüfatçılar hər ilin əvvəlində Tütün Qəbulu və İstehsalı Məntəqəsi ilə müqavilə bağlayaraq toxum əldə edirlər. Məhsul yığımı zamanı isə yaş tütünü təhvil verirlər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: