Üç yaşlı Yaqubun gülüşünün solmasına icazə verməyək: Xərçənglə mübarizə aparmaq üçün hələ çox balacadır

Üç yaşlı Yaqubun gülüşünün solmasına icazə verməyək: Xərçənglə mübarizə aparmaq üçün hələ çox balacadır

Üç yaşlı Salvarov Yaqub Bəxtiyar oğlu “Kəskin B” hüceyrəli limfoblastik-leykozdan (qan xərçəngi) əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Salvarov Bəxtiyar məlumat verib.

O qeyd edib ki, övladının xəstəliyindən bu ilin iyun ayında xəbərdar olublar:

“Elə həmin gün oğlumu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna yerləşdirdik. Daha sonra isə Yaqubun vəziyyəti kəskin pisləşdiyindən biz onu təcili olaraq Türkiyəyə apardıq. Artıq iki aya yaxındır, “Emsey” Hospitalda müalicə alır. Mənim oğlumun yükü onun öz çəkisindən də ağırdır. Cəmi üç yaşı olmasına baxmayaraq, ağır xəstəliklə mübarizə aparır. Biz ona dəstək olmağa çalışırıq, lakin leykozla mübarizə aparmaq çox çətindir. Bizə onun dərmanlarını almaq üçün 2000 manat pul lazımdır. İmkanlı şəxslərdən xahiş edirəm, bizə kömək etsinlər. Yaqub bu xəstəliklə mübarizə aparmaq üçün çox balacadır”.

Əlaqə nömrəsi: 050 676 07 17 (atası – Salvarov Bəxtiyar)
Türkiyə hesabı İBAN NÖMRƏSİ
TR27 0011 1000 0000 0110 
7813 94 
QNB finans bank. 
Amil İsmayılov 
Tel:+905377986898 (Türkiyə)

Share: