UEFA Konfrans Liqası: Gecənin oyunlarında eyni hesablar qeydə alındı

UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

Gecənin son 4 matçında eyni hesab qeydə alınıb.

Bunların üçündə meydan sahibləri, birində isə qonaqlar qələbə qazanıblar.

Pley-off mərhələsi, ilk oyunlar

16 fevral

00:00. “Latsio” (İtaliya) – “CFR Kluj” (Rumıniya) – 1:0

Qol: Çiro İmmobile, 45+4

00:00. AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna) – 1:0

Qol: Anxel Qarsiya, 84

00:00. “Şerif” (Moldova) – “Partizan” (Serbiya) – 0:1

Qol: Rikardu Qomeş, 45

00:00. “Ludoqorets” (Bolqarıstan) – “Anderlext” (Belçika) – 1:0

Qol: İqor Tiaqo, 9

Qeyd edək ki, bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

00:23

UEFA Konfrans Liqasının pley-off mərhələsi daha bir neçə qarşılaşma baş tutub.

Norveçdə keçirilən qarşılaşmada “Budo Qlimt” evdə “Lex”lə heç-heçə edib.

90 dəqiqə ərzində tərəflər fərqlənə bilməyiblər.

Pley-offun digər qarşılaşmasında “Braqa” evində “Fiorentina”ya məğlub olub.

Qonaqlar qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş birinci dəqiqədə L.Yoviçin qolu ilə önə keçiblər. Futbolçu 60-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 79 və 90-cı dəqiqələrində A.Kabral daha iki qol vuraraq yekun hesabı müəyyənləşdirib. “Fiorentina” səfərdən 4 top üstünlüklə ayrılıb.

Xatırladaq ki, pley-offun digər qarşılaşmalarında “Qarabağ” evdə “Gent”ə, “Trabzonspor” isə “Bazel”ə 1:0 hesabı ilə qalib gəlib.

Share: