“NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb”.
Bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.
“Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, – o deyib.
Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.
Mənbə: rbc.ua