Ukraynalı uşaqlar Qəbələyə səfər ediblər

Ukraynalı uşaqlar Qəbələyə səfər ediblər

Ukraynadakı vəziyyətlə əlaqədar zərər çəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam edir.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrinə də gəzintisi təşkil edilib.

​İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar ardınca Qəbələ rayonuna səfər ediblər.

​Ötən gün başlayan marşrut bu gün Laza kəndi ilə davam edib. Füsunkar təbiətlə tanışlıqdan sonra onlar milli mətbəximizin nümunələrindən olan lavaşın hazırlanması prosesində də iştirak ediblər.

Uşaqlara, eləcə də, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçirilir, liderlik təlimi verilir.

Qeyd edək ki, ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.

14 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib.

Share: