Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2009-cu il “Formula 1” çempionu Censon Battona məxsus unikal “McLaren P1” avtomobili satışa çıxarılıb.
916 at gücünə malik hibrid güc aqreqatı və keramika-karbon lifli əyləc sistemi, həmçinin xüsusi “Race Mode 2” ilə təchiz edilmiş sportkarı 1,4 milyon funta (1,7 milyon dollar) almaq olar.
Bu avtomobil bir neçə il Battonun kolleksiyasında qalıb və bu müddət ərzində təxminən 800 kilometr yol qət edib. 2018-ci ildə Censon avtomobili şəxsi kolleksiyaçıya satıb.
Hazırda avtomobilin ümumi yürüş məsafəsi 2400 kilometrdir.
Mənbə: championat.com