Uranın halqaları və peyklərinin daha dəqiq fotosu yayıldı

Uranın halqaları və peyklərinin daha dəqiq fotosu yayıldı

NASA-nın Ceyms Uebb teleskopu Uranın yeni detallı şəklini çəkib. Fotolar iki ay öncə çəkilsə də, yalnız aprelin 6-da yayımlanıb.

Astronomlar bu dəfə planetin ən zəif “toz halqası”nı, eləcə də atmosferdəki parlaq detalları qeydə ala biliblər.

Teleskopdan alınan məlumatlar planetin zəif toz halqalarına qarşı görünməmiş həssaslığını nümayiş etdirir. Onların ilk  təsviri hələ 1986-cı ildə “Voyager 2” kosmik zondunun köməyi ilə əldə edilib.

Yeni təsvirdə həmçinin Uran üçün tipik olan parlaq buludlar da görünür və onlar, ehtimal ki, planetdəki fırtınanın fəaliyyəti ilə əlaqələndirilirlər.

Qeyd edək ki, Uranın 13 məlum halqası var ki, onlardan 11-i teleskopun yeni şəklində görünür. Halqalardan doqquzu planetin əsas halqaları kimi təsnif edilir, digər ikisi isə daha zəif tozlu halqalar hesab olunur.

Teleskop həmçinin Uranın məlum 27 peykindən altısını çəkib.

Məlumat üçün bildirək ki, Uran Günəş ətrafında orbitinin müstəvisinə görə 90 dərəcə bucaq altında fırlanan yeddinci planetdir. Onun bir dövrü 84 il çəkir.

Mənbə: kp.ua

Share: