Bir çoxlarının sevimli meyvələrindən olan üzümü bəziləri ya tumsuz alır, ya da yeyərkən onu çıxarır. Ancaq bu davranışların hər ikisinin yanlış olduğunu bilmək lazımdır. Üzüm tumları bir sıra xəstəliklərdən qorumağa kömək edir.
Onlardan bəzilərini təqdim edirik.
Üzüm tumu tərkibindəki sağlam yağlar sayəsində oynaqlarda artritin qarşısını alır. O, həmçinin artritin səbəb olduğu şişlik və ağrıları aradan qaldırmağa kömək edir.
Tərkibindəki “E” və “C” vitamini, həmçinin sağlam yağ turşuları sayəsində dəri sağlamlığını dəstəkləyir, hamarlayır və dəridə cizvələrin, sızanaqların yaranmasının qarşısını alır. Kollagen istehsalına töhfə verən üzüm tumu qırışlardan qoruyur və gənc görünüşə səbəb olur. Bundan başqa, dəridəki ölü hüceyrələrin bərpasına kömək edir. Beləliklə də yaraların daha tez sağalmasına imkan verir.
Üzüm tumu ürək xəstəliklərindən də qoruyur, orqanizmdə xolesterolu azaldır. Bu da öz növbəsində infarkt və iflic riskini əhəmiyyətli dərəcədə aşağı salır.
Üzüm tumu əzələləri gücləndirir. Onun istehlakı ani qıcolmalar və ya uzun məşqlər nəticəsində yaranan əzələ ağrılarını, əzələ yorğunluğunu aradan qaldırır.
Tumlar saç üçün də faydalıdır. Saç köklərini qidalandıran üzüm tumu tərkibindəki yağlar sayəsində kəpək və ekzemanın əmələ gəlməsinin qarşısını alır, baş dərisini sağaldır və qısa müddətdə kəpəkdən xilas edir.
Mənbə: Haber Global