Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçib.