Viktoriya Bekhem gənclik görüntülərini paylaşdı

Viktoriya Bekhem gənclik görüntülərini paylaşdı

Britaniyalı dizayner və müğənni Viktoriya Bekhem “TikTok”un son trendinə qoşularaq izləyiciləri ilə bir sıra retro fotolarını paylaşıb.

Birinci şəkildə dizayner məktəbdə çəkilmiş və əynində hərbi üslubda çiyin qayışları olan qara pencəkli fotoda əks olunub. Digər şəkildə Bekhem üzərində ABŞ bayrağının təsviri olan ağ sviter və papaqdadır. Üçüncü şəkildə o, gümüşü gödəkçədə telefonla danışarkən, dördüncüdə isə çoxrəngli retro xizək kostyumunda poza verir. Foto seriyası Viktoriyanın metal topda və müvafiq dar şalvarda çəkilmiş şəkli ilə yekunlaşır.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Yeri gəlmişkən qeyd edək ki, “Teenage Dirtbag” sosial şəbəkənin yeni trendidir. İstifadəçilər “Wheatus” qrupunun mahnısının müşayiəti ilə hazırladıqları klipdə gənclik illərindən fotolar yerləşdirirlər. “teenagedirtbagtrend” həştəqi indiyədək 800 000-dən çox dəfə istifadə olunub.

Share: