“Warner Bros.”-un rəhbərliyi “Betmen”in davamının çəkilişlərinə razılıq verməyib

“Warner Bros.”-un rəhbərliyi “Betmen”in davamının çəkilişlərinə razılıq verməyib

Robert Pattinsonunu baş rolunu oynadığı “Betmen”in (“Batman”) ikinci hissəsinin çəkilişləri hələ də “Warner Bros.”-un rəhbərliyi tərəfindən təsdiqlənməyib. Kino şirkətinin özü sikvel barədə aprelin sonunda elan etsə də, istehsala hələ rəsmən razılıq verməyib.

Məlumata görə, hazırda Mett Rivz ssenari yazır, lakin işlər onun düşündüyü kimi olmaya bilər.

Məsələ “Warner Bros.”un yeni rəhbərliyi ilə əlaqədardır: David Zaslav, görünür, hələ də “Betmen 2”-yə razılıq verməyib.

Rivzin layihənin gələcəyinə şübhəsi olmadığı düşünülür, çünki onun Robert Pattinsonun iştirakı ilə çəkilən filmi dünya kassalarında təxminən 770 milyon dollar toplayıb, tamaşaçılar və mətbuat tərəfindən də bəyənilib.

Bununla belə, “Batman 2”-nin buraxılışına hələ ən azı bir neçə il olduğu düşünülür: Müəlliflər ssenarini bitirməli, çəkilişləri təşkil etməlidirlər, sonra isə lent post-produksiyada aylarla qalacaq.

Ekspertlər filmin premyerasının 2024-cü ildən tez olmayacağını düşünür.

Mənbə: Variety

Share: