Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xəzər dənizində suyun səviyyəsi enməkdə davam edir.
“Xezerxeber.az” xəbər verir ki, suyun səviyyəsi son 10 ildə 114 sm enib. Coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axının azalmasıdır. Hətta, Kür çayı da son iki ildə Xəzər dənizinə şirin su gətirmir.
Səid Səfərov bildirib ki, Xəzər dənizində suyun azalması, çaylarda axının azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.
Coğrafiya elmləri doktoru onu da əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.
Səid Səfərov deyib ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzər dənizində suyun səviyyəsi iki metrə qədər düşüb. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olub. Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: