Rusiyanın Xabarovsk diyarının Vanino rayonu yaxınlığında göbələk yığmağa gedən sakin Amur pələngi ilə qarşılaşıb.
O, yaşayış məntəqəsindən təxminən 20 kilometr aralıda qarşılaşdığı zolaqlı yırtıcını lentə almağı bacarıb. Amur pələnginin görüntüləndiyi video sosial şəbəkələrdə yayılıb.
Xoşbəxtlikdən heyvan ona qarşı aqressivlik nümayiş etdirməyib. Pələng bir neçə saniyə dayanaraq ona baxıb, sonra isə geri dönərək yavaş-yavaş meşəyə çəkilib.
Yırtıcının sakit davranışına baxmayaraq, yerli sakinlərə ehtiyatlı olmaq və ehtiyac olmadıqca meşənin dərinliyinə getməmək tövsiyə olunur.
Mənbə: News.mail.ru