Moskva “Lokomotiv”inin hücumçusu Artyom Dzyuba tez-tez yol-hərəkət qaydalarını pozması ilə gündəmə gəlib.
Məlumata görə, forvard “Range Rover” markalı avtomobillə demək olar ki, hər gün cərimələnir. Son iki həftə ərzində o, 17 dəfə cərimələnib. Bunlardan ikisi qanunsuz parklanmaya, qalanları isə sürət həddini aşmağa görədir.
Bu yaxınlarda Rusiya millisinin futbolçusunun avtomobili Moskvada yanlış yerdə parklanmış halda görüntülənib.
Ümumilikdə, hazırda oyunçunun 20,5 min rubl (təxminən 360 manat – red.) ödənilməmiş cəriməsinin olduğu bildirilir.
Mənbə: “Shot” “Telegram” kanalı