Altı həftəlik hamilə ikən qəzaya düşən 23 yaşlı qadın yeddi ay sonra sağlam uşaq dünyaya gətirib.
Hadisə Hindistanın Bulandşəhr şəhərində baş verib.
Bildirilir ki, motosikldə qəzaya düşən qadın dəbilqə taxmadığından başından çoxsaylı xəsarət alıb. Sonradan beynində beş əməliyyat keçirən hindistanlı sağ qalsa da, bir daha özünə gəlməyib.
Müayinə zamanı qadının bətnindəki uşağın sağlam olduğu üzə çıxıb. Zərərçəkənin əri bunu biləndən sonra hamiləliyin davam etməsi barədə qərara gəlib. O, arvadının yanında olmaq üçün işini tərk edib.
Yeddi ay sonra uşaq dünyaya gəlib, ancaq qadın hələ də komadan ayılmayıb.
“Hazırda deməyə sözüm yoxdur. Nə edəcəyimi və yaşamağa necə davam edəcəyimi bilmirəm. Hər şey dalana dirənib”, – deyə körpə qızın atası deyib.
Mənbə: The Times of India