Yevlaxda qardaşı tərəfindən öldürülən şəxs anasını döyürmüş

Yevlaxda qardaşı tərəfindən öldürülən şəxs anasını döyürmüş

Yevlaxda qardaş qardaşını bıçaqlayaraq qətlə yetirib.

Hadisə ilə bağlı öldürülən Vüqar Əsədovun Baku TV-yə danışan anası Həqiqət Əsədova qeyd edib ki, oğlu içib qardaşını və onu döyürmüş. H.Əsədova onlar arasında belə mübahisələr çox olduğunu qeyd edib.

Yaşlı anaları ilə yaşayan 51 yaşlı Elşad Əsədov, 49 yaşlı qardaşı Vüqar Əsədovla yeyib içdikdən sonra aralarında yaranan mübahisədən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Daha ətraflı süjetdə:

09:44

Oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Share: