“Yuventus” A seriyasında növbəti oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Turin təmsilçisi 5-ci turda səfərdə “Fiorentina” ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Yuventus” hazırda turnir cədvəlində 9 xalla 4-cü, “Fiorentina” isə 6 xalla 10-cudur.
“Fiorentina” – “Yuventus” – 1:1
Qollar: Kouame, 29 – Milik, 9