Zəngilan rayonunun Zəngilan şəhəri

Zəngilan rayonunun Zəngilan şəhəri

Zəngilan şəhəri eyniadlı şəhər inzibati ərazi dairəsində yerləşir. Şəhər ərazisi orta və alçaq dağlar sahəsində, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.

Şəhər Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğaldan azad edib.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Zəngilan şəhərinin görüntülərini təqdim edir.

Share: