Zambiya hökuməti prezidentin təyyarəsini yüksək texniki xidmət xərclərinə görə satışa çıxarıb.
“Təyyarələrə texniki xidmət onun məhdud istifadəsinə baxmayaraq, son üç il ərzində xəzinədarlığa 6,3 milyon dollardan çox başa gəlib. Buna görə də hökumət onu satmağa qərar verib”, – ölkənin müdafiə naziri Ambrouz Lufuma bildirib.
Lufuma həmçinin iddia edib ki, əvvəlki prezident bazar dəyəri 60 milyon dollar olan təyyarəni “şübhəli” satınalma prosedurları ilə alıb.
“Gulfstream” təyyarəsi 194,9 milyon dollara, İsrail Bankının ordunun modernizasiyası üçün ayırdığı 400 milyon dollarlıq kredit hesabından istifadə edilməklə alınıb”, – deyə o xatırladıb.
Lufuma bildirib ki, xəzinədə vəsait çatışmazlığı səbəbindən təyyarəyə texniki xidmət zambiyalıların və hökumətin maraqlarına uyğun deyil. Təyyarənin satışından sonra prezident üçün daha az əməliyyat xərcləri olan yeni təyyarə alınacaq.
Mənbə: rossaprimavera.ru