“Ukrzaliznıtsya” dəmiryolu şirkəti idarə heyətinin rəhbəri Aleksandr Kamışin Ukrayna Prezidenti Volodimir Zelenskinin ştatdankənar müşaviri təyin olunub.
Bu barədə Zelenskinin fərmanında məlumat verilib.
“Aleksandr Nikolayeviç Kamışin Ukrayna prezidentinin müşaviri (ştatdankənar) təyin edilsin”, – deyə sənədin mətnində qeyd olunub.
Xatırladaq ki, fevralın 27-də Aleksandr Kamışin “Ukrzaliznıtsya” şirkətinin idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Mənbə: RBC-Ukrayna