“Oyanmış azan səsindən Boz buludun gözü dolur…” Şeirlər – Akılbek Şayaxmet (Qazaxıstan)

“Oyanmış azan səsindən  Boz buludun gözü dolur…” Şeirlər – Akılbek Şayaxmet (Qazaxıstan)

Akılbek Şayaxmet 7 iyun 1951-ci ildə Kostanay vilayətinin Jitikarinski rayonunun Zabelovka kəndində anadan olub. Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, Dünya Qazaxların 1-ci və 3-cü Qurultaylarının və Qazaxıstan Xalqları Respublika Forumunun nümayəndəsi olub. Qazaxıstanın fəxri jurnalistidir. Qazax və rus dillərində nəsr və poetik kitabları nəşr etdirmişdir. Axmet Baytursınov adına Kostanay Dövlət Universitetində Qazax və rus filologiyası instututunun direktoru və Jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb. Hal-hazırda Kostanay Dövlət Universitetində Media-Mərkəzin direktorudur. İlk kitabı 1977-ci ildə işıq üzü görüb. 25 kitab müəllifidir. “Piramida”, “Mənim orbitim”, “Yer kürəsi bir yüyrükdür” kimi məşhur kitabları ona şöhrət qazandırıb. Akılbek Şayaxmet eyni zamanda Azərbaycan ədəbiyyatının yaxın dostu və ədəbiyyatımızın Qazaxıstanda fəal təbliğatçılarından biridir. Onun bədii yaradıcılıqla bərabər ictimai-siyasi fəaliyyətində Türk Dünyasının birlik və bərabərliyi üçün çalışmaları yüksək dəyərləndirilib. Adanada düzənlənən 4-cü və 6-cı Türk Dünyası Çukurovada Şeir və Musiqi festivallarının iştirakçısı olaraq “Turan Birliyi” medalına, Dünya Türklərinin Koordinasiya Mərkəzinin Diplomuna layiq görülüb Görkəmli şairi anadan olmasının 70 illiyi münasibətilə təbrik edir, ədəbi əlaqələrimizin möhkəmlənməsi yönündə apardığı işlərdə ona uğurlar diləyirik.  Şairin Türkiyə səfərlərinin təəssüratları ilə qələmə aldığı üç şeirini oxuculara ərmağan edirəm.

Baş nazir

Vaxtilə keçmiş baş nazir – baş bakan, daha sonra ölkə prezidenti olan Ərdoğanla (qazax dilində Ərtuğan “qəhrəman doğulmuş” kimi səslənir) görüşüm zamanı şəxsi qələmini hədiyyə kimi götürmüşdüm.

Çıxış edir Ərdoğan,

Hər kəs qulağı səsdə.

Dayanıb türk ailəsi

Bircə sütunun üstə.

 

Ana vətən bayrağı

Ucalıb zirvələrdə.

Dikilib göy üzünə,

Bir səmatək gözlərdə.

 

Yaşa səni, ey vətən,

Qutsallıqda başdasan.

Türkün bayrağı kimi

Rəcəb Tayib-baş bakan.

 

Məmnun qaldı hər aləm

Camalı nur Günəşdən.

Hədiyyədir bu qələm

Ərdoğanla görüşdən.

 

ADANADA

Yuxusuz Adana şəhəri,

Səssiz gecə…

Səma bürünübdü boz buluda.

Parlaq bir işıqla sayrışır küçə,

Qəflətən bir şeir düşür yada.

Birdən eşidilir azanın səsi,

Mən bu gözəl səs içində azıram.

Oh, tapdım!

Namaza dəvət edir hər kəsi,

İndi bu səs üstə mahnı yazıram.

 

Oyanmış azan səsindən

Boz buludun gözü dolur.

Süzülür pəncərə şüşəsindən

Damcılar billur.

Adana

(Türkiyə)

 

ALTIN BEŞİYİM

Türkiyənin yeri bugün

Türklərin altın beşiyi.

Elmə çağırır hər kəsi,

Açıqdır evi-eşiyi.

 

Örnək olur, oyaq olur,

Ağır gündə, çətin gündə.

Bir türk türkə dayaq olur,

Qardaşlıq duyumu öndə.

 

Dayanıb ən uca yerdə,

Atatürkün qutsal adı.

Dünya fəthinə sərkərdə

Qıpçaq əsgəritək vardı.

 

Bənzəyir qazax türkünə,

Əroğlu Ərtoğrul özü

Örnəkdir ötən hər günə.

Qazax elim-Ata yurdum,

Ey Türkiyəm-ana yurdum!

Yenə coşquyla danışır,

Turqut Özal bölümündən.

Qulaqları çox oxşayır,

Dürr yağır bir dost dilindən.

Ərdoğan səsi keşikdə,

Kimsə girəmməz araya.

Olsalar da hər deşikdə,

Düşmən çatmaz haraya.

Əgər güvənməzsə mənə,

Üzr dilərəm dönə-dönə.

Uzaqda olan dostlarım,

Biz bir millətik, ərlərik.

Bu diyardan o diyara

Bir yerdəyik, bölünmərik.

 

AKILBEK ŞAYAXMET

Qazax şairi

 

Qazaxcadan çevirəni:

İlqar Türkoğlu

 

Müstəqil.Az

 

 

Descripción no disponible.

Descripción no disponible.

Share: