Özbəkistan Türkiyənin cənub-şərq əyalətlərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında bu ölkəyə dəstək olmağa hazırdır.
Bu barədə bazar günü Özbəkistan prezidenti Şavkat Mirziyoyev məlumat verib.
Onun mətbuat xidmətinin məlumatına görə, fevralın 26-da dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
“Özbəkistan prezidenti bir daha dəstəyini ifadə edib və Türkiyənin cənub-şərq əyalətlərində baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib”, – məlumatda deyilir.
Bildirilir ki, Türkiyə rəhbəri də öz növbəsində ən çətin dövrdə göstərilən dəstəyə görə Özbəkistan liderinə minnətdarlığını bildirib.
Mənbə: TASS