Özbəkistanda Nərgiz Əsəd adında tanınmış bir şairə yaşayır .Şairə -publisist. Nərgiz Əsəd 1984-cu ildə Özbəkistanın Daşkənd bölgəsində doğulub .
Orta məktəb illərindən Özbəkistanda qəzet və jurnallarda yazıları çap olur.Daşkənd Dövlət Mədəniyyət Universitetində oxuyarkən yaradıcı tədqiqatlar aparmış “Səadət mənzili” adlı məqalələr toplusu adlı yazılar çap elətdirib .Tələbəlik illərində Özbəkistanda tanınan ən məşhur qəzetlərdən Özbəkistan ədəbiyyatı və Sənəti, “Hürriyyət” ,” Mərifət”,” “Türküstan,”Daşkənd”,Həqiqəti,”Daşkənd axşamı və başqa bu kimi qəzetlərdə yazıları çap olub.”İllər içində Eşqin sərhəddi “(Ürəyimin sərhədləri”) ,Günlər və Nəşrlərin şeir kitabları çap olub.2020-ci ildə “Müjdə kitabı Tûrkiyənin İstanbul şəhərində ,Türkiyə türkcəsində çap olub.2021-ci ildə Özbəkistan İstanbul baş konsulluğunda ,İstanbul Türk mədəniyyət mərkəzində kitabının təqdimatı keçirilmişdir.Helva adlı şeirlər kitabı Özbək və Türk Türkçəsində çap olub, Özbəkistan və Türkiyədə Universitetlərdə oxudulmaqdadır .Özbək və Türk Türkçəsində danışır.Yazıları Türkiyədə, Rusiyada ,Qırğızıstanda Qazaxıstanda ,çap olub. Özbəkistan və Azərbaycan Yazıçılar Birliklərinin üzvü ,Filologiya elmlər doktoru ,Almaz Ülvü ,Nərgiz Əsədi , Özbək şeirinin fidanlarındandır, adlı məqalə yazmışdır.Bu yaxınlarda Nərgiz Əsədin şeirlərini Azərbaycanda, Müstəqil.az saytində Azəri türkcəsiylə Təbrizdə çıxan Ədəbi körpü saitində ərəb əlifbasında çap elətdirdim.Özbəkistan Yazıçılar birliyinin idarə heyətinin üzvüdür,hazırda Özbəkistan Yazıçılar birliyində ədəbi iş birliyi şöbəsində çalışır.Özbəkistanın tanınmış və sevimli gənc yazarlarındandır .Dəyərli qələm dostuma can sağlığı və uzun ömür arzulayıram .Özbəkistan da görüşmək ümidiylə.
Elnur Baxış