Özbəkistanın Xalq artisti Şerali Curayev vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 76 yaşlı sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Curayev 1986-1996-cı illərdə Özbəkistan Dövlət Filarmoniyasında çalışıb. 1989-cu ildə XV əsrdə yaşamış özbək müğənnisinin həyatından bəhs edən “Şerəli və Oybarçın” tarixi filmində baş rolu oynayıb.