Məşhur “MFÖ” qrupunun üzvü, türkiyəli musiqiçi, aktyor Özkan Uğur vəfat edib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 aydır reanimasiyada olan 69 yaşlı aktyor bu gün dünyasını dəyişib.
Qeyd edək ki, bir müddət əvvəl Ö.Uğurda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı. O, “Cennet Mahallesi”, “Şubat”, “Türk malı” kimi ekran işlərində rol alıb.