Rusiya Prezidenti Putinin əməliyyat masasında ölümü Kremldə müharibəni bitirmək və hakimiyyəti dəyişmək üçün “ən zərərsiz ssenari” ola bilər.
Müstəqil.Az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Piontkovski çıxış edib.
Piontkovski qeyd edib ki, 10 ildir Putində onkoloji xəstəliklərin olduğunu haqda eşidir:
“Putin həqiqətən pis görünür, o, daim masadan yapışır, özünü qəribə aparır və “ovlanmış qoca”ya bənzəyir”.
Putinin tezliklə bıçaq altına düşməli olacağı ilə bağlı şayiələr fonunda Piontkovski hesab edir ki, onun əməliyyat zamanı ölməsi “ən zərərsiz ssenari” olacaq. O zaman Rusiyada vəziyyət dəyişə bilər:
“Əməliyyat masasında ölüm çoxları tərəfindən ən günahsız ssenari kimi qəbul edilir. Bu, bir növ hərbi çevriliş təşkil etməkdən, pulemyotlarla bunkerə girməkdən daha asandır.
Putin ölsəydi, Rusiyada hakimiyyət dəyişikliyi təşkil edə bilərdilər. Rus milyarderləri vəziyyəti düzəltməyə və müharibəni bitirməyə çalışardılar”.
Piontkovski hesab edir ki, hər şey mayın 9-da həll olunmalıdır. Kreml “İyirminci qurultay” keçirməli və ya yeni Brest sülh müqaviləsi bağlamalıdır.
Müstəqil.Az