Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri görülmədiyi üçün yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Polisin yardım paylaşımını təşkil edən 7 nəfəri saxladığı bildirilib.