Pakistanda daşqınlar 1100-dən çox insanın həyatına son qoyub, 1600 nəfər xəsarət alıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Asim İftixar bildirib:
“Təbii fəlakət 33 milyondan çox insana təsir edib. Qadın və uşaq da daxil olmaqla 1138 nəfər ölüb, 1600 nəfər xəsarət alıb. 1 milyondan çox ev tamamilə və ya qismən dağılıb. 700 mindən çox mal-qara tələf olub”.
Xatırladaq ki, ötən həftə təbii fəlakətlə əlaqədar olaraq Pakistanda fövqəladə vəziyyət elan edilib.