Pakistanda insanları seldən təxliyə edən qayıq aşdı — Ölənlər var

Pakistanda insanları seldən təxliyə edən qayıq aşdı — Ölənlər var

Pakistanda 14 iyundan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1136-ya yüksəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə son 24 saatda 75 nəfər ölüb.

Güclü yağışlar nəticəsində 1 milyon 51 min 570 evə ziyan dəyib, 735 min 375 təsərrüfat heyvanı tələf olub.

Yerli medianın məlumatına görə, daşqından zərər çəkmiş 25 nəfəri təhlükəsiz yerlərə aparan qayıq Sind əyalətinin Bilavalpur şəhərində çevrilib. Qəzada aralarında uşaqların da olduğu 13 nəfər həyatını itirib, 8 nəfər xilas edilib.

İtkin düşənlərin axtarışları davam edir.


Share: