İyunun 25-dən bəri mövsümi musson yağışları ilə mübarizə aparan Pakistanda sel, daşqınlar və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib.
Heybər Paxtunxva bölgəsində yağışlar həyatı iflic edib.
Yağıntı nəticəsində Çitral və Sandur birləşdirici yolunun bir hissəsi zədələnib. Aşağı Çitral ilə Yuxarı Çitral arasındakı əlaqə yolun dağılması səbəbindən kəsilib. Bildirilir ki, bölgədə çoxlu evlər, avtomobillər su altında qalıb, əkin sahələrinə ciddi ziyan dəyib.
Xatırladaq ki, ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib. Fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.
Mənbə: Haber Global