Pakistanda hərbi konvoya hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 9 əsgər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə motosikldə olan kamikadzenin özünü partlatması nəticəsində baş verib.
Pakistan rəsmiləri baş verən hadisəni terror aktı kimi qiymətləndirib.