Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda sərnişin avtobusunun dəyərə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə “Geo” televiziyası məlumat yayıb.
Bildirilib ki, avtobusun sərnişinləri Tatta şəhərindən müsəlman sufilərin ziyarətgahına Bəlucistan əyalətində yerləşən Şah Noorani məbədinə gedən zəvvarlar olub.
İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb.
Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.