Pakistandan Türkiyəyə humanitar yardım gəmisi yola çıxdı

Pakistandan Türkiyəyə humanitar yardım gəmisi yola çıxdı

Pakistan episentri Kahramanmaraş (Türkiyə) olan zəlzələlərdən zərər çəkənlər üçün humanitar yardım daşıyan ikinci gəmini göndərib.

Bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyi (NDMA) xəbər yayıb.

Bildirilir ki, 65 konteynerdə 1 221 ton humanitar yük olan quru yük gəmisi Karaçi limanından çıxıb.

Məlumata görə, bu yüklərdən içində 8,2 min qış çadırı olan 41 konteyner Türkiyədəki, 15 min ərzaq bağlaması olan 24 konteyner isə Suriyadakı zərərçəkənlər üçün nəzərdə tutulub.

Quru yük gəmisinin 23-24 mart tarixlərində Mersin limanına yanaşacağı gözlənilir.

Bundan əlavə, NDMA tezliklə Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım çatdıracaq çarter yük reysləri təşkil edəcək.

Qeyd edək ki, Pakistan qurudan və dənizdən Türkiyəyə indiyə kimi 7 000 qış çadırı və 33 000-dən çox yorğan göndərib.

Mənbə: “Anadolu” Agentliyi

Share: